“Legal Management Consulting” MMC - mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən hüquqi şəxslərə, xarici hüquqi şəxslərin filial və nümayəndəliklərinə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə mühasibatlıq və kadr uçotunun aparılması sahəsində peşəkar səviyyədə xidmətlər göstərən bir cəmiyyətdir.
Şirkətimiz öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və elecə də müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətləri çərçivəsində qəbul etdikləri normativ-hüquqi aktları rəhbər tutur.
Xidmətlərimiz dürüstlük, məsuliyyətlilik həmçinin etibarlılıq prinsipləri üzərində qurulmuşdur. Bizə etimad edin, inkişafa doğru bizimlə addımlayın!