Konsaltinq
Konsaltinq (ing. consulting – məsləhət vermə) — öz biznesinin inkişafı ilə maraqlanan korporativ müştərilərə göstərilən (bir qayda olaraq, ödənişli) xidmət növüdür. Konsaltinq şirkəti bu kimi xidmətlər göstərən mənbədir.
Dünyada baş verən qloballaşma prosesi cəmiyyətin sosial-ictimai, mədəni, iqtisadi həyatının bütün sahələrində bir sıra yeni yanaşmaların meydana gəlməsini zərurətə çevirmişdir. Dövlət idarəetməsindən başlamış ən kiçik biznesin təşkili və uğurlu fəaliyyətinə dəstək verən ümumişlək termin olaraq qəbul edilən Konsaltinq -(məsləhət xidməti) bu cür yeni spesifik anlayışlardandır. Artıq yüksək sosial-iqtisadi inkişaf tempinə malik olan ölkəmizdə də müxtəlif sahələr üzrə konsaltinq xidmətinə geniş yer ayrılmaqdadır. Belə ki, şirkətimiz son illər ərzində Respublikamızın bütün sahələrində gedən uğurlu sosial-iqtisadi inkişaf mərhələsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə mühasibatlıq və kadr uçotunun müvafiq qanunvericiliyə uyğun tənzimlənməsinə dair peşəkar konsaltinq xidmətləri göstərməkdədir.